Azərbaycan üzgüçüsü Roman Saley İngiltərənin Mançester şəhərində keçirilən dünya çempionatında növbəti medalını qazanıb.
Arena.az xəbər verir ki, 3 qat paralimpiya çempionumuz 50 metr məsafəyə sərbəst üzmə növündə 24.40 saniyə nəticə göstərib.
Bu nəticə ilə üçüncü yeri tutan idmançımız bürünc medalla kifayətlənib.
Xatırladaq ki, Roman Saley daha öncə bu dünya çempionatında 100 metr məsafəyə arxasıüstə üzmə növündə 1:00.83 nəticə göstərmiş və fəxri kürsünün ikinci pilləsinə qalxmışdı. Bununla da o, Azərbaycana Paris-2024 Yay Paralimpiya Oyunları üçün növbəti lisenziyanı qazandırmışdı. O, eyni məsafəyə batterflay üsulunda üzmədə isə bürünc medala sahib çıxmışdı.


