İspaniya çempionu “Barselona”nın prezidenti Joan Laporta komandasının qarşıdakı yeni mövsüm üçün hədəflərini açıqlayıb.
Arena.az CNN-ə istinadən məlumat verir ki, Laporta “Barselona”nın əsas məqsədinin İspaniya liqasını qazanmaq olduğunu bildirib:
“Ötən mövsüm prioritet İspaniya çempionatı idi və bu yeni mövsümdə həmçinin liqa bizim üçün prioritetdir. Amma Çempionlar Liqasında da daha yaxşı çıxış etmək və bu yarışda qalib gəlməyə namizədlər sırasında olmaq istərdik. Lakin bizim prioritetimiz hələ də İspaniya liqasıdır”.
Xatırladaq ki, geridə qalmış 2022/2023 mövsümündə “Barselona” İspaniya çempionatının qalibi olmuşdu. Amma kataloniyalılar UEFA Çempionlar Liqasında qrup mərhələsini adlaya bilməmişdilər.
“Barselona” İspaniya çempionatının yeni mövsümünə avqustun 13-də “Xetafe” ilə oyunla başlayacaq.


