Məhəmməd ben Sulayem onları Formula 1-də görmək istəyir

Beynəlxalq Avtomobil Federasiyasının (FIA) prezidenti Məhəmməd ben Sulayem ABŞ və Çindən olan zavod komandalarını Formula 1-də görmək istəyir.

Arena.az xəbər verir ki, Ben Sulayem bu arzusunu “Autosport” portalına müsahibəsində dilə gətirib:

“Mənim arzum – istehsalçıdan olan ümumamerikan zavod komandasıdır və həmçinin Çindən bir zavod komandası görmək istərdim. Hər kəsin xəyal etmək haqqı var. Amma bu, kifayət qədər əlçatandır. Çində 1,4 milyard insan var və yollardakı avtomobillərin, elektromobillərin 50 faizdən çoxu Çin istehsalıdır. Bunlar faktlardır. Bu, böyük bazardır.

Çinlilər elektromobillərə və hibridlərə ciddi yanaşırlar. Və mən bir məqamı deyəcəyəm: keçən il yeni qaydaların qəbulu düzgün addım idi. Əgər biz bunu etməsəydik, sizcə “Audi” də qoşulardı? Bu, yalnız qaydalar təsdiqləndikdən və bütün komandaların nümayəndələri tərəfindən imzalandıqdan sonra baş verdi.

Biz bunu avtoidmanının xeyrinə etdik. Bu da qapını açmağa kömək etdi. “Honda” gəldi, “Ford” qatıldı, “Porsche” məsələsi həll olunur. Deyərdim ki, “Porsche” və Formula 1 məsələsi hələ də həll oluna bilər. Bütün bunlar əbəs yerə deyildi”, deyə Məhəmməd Ben Sulayem vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: