Mourinyo: “Mənim və Ançelottinin nəsli bitəndə…”

İtaliyanın “Roma” komandasının portuqal baş məşqçisi Joze Mourinyo “Real”ı çalışdıran italyan həmkarı Karlo Ançelotti haqda danışıb.

Arena.az “Marca”ya istinadən Mourinyonun bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Uğurlu məçqçilər, Ançelotti ilə “Everton”dan fərqli, adətən ikinci dərəcəli layihələrə razılaşmırlar. İnsanlar elə bilirlər ki, bizimki bitdi. Amma o, “Real”a yollandı, yenidən hər şeyi qazandı. Mənim və Ançelottinin nəsli bitəndə, kiminsə belə uzun və uğurlu karyerası olacağına şübhə edirəm. Bu gün yaxşı məşqçi böyük sürətlə gəlir və eyni sürətlə də onu başqaları əvəz edirlər”, deyə Mour bildirib.

Xatırladaq ki, Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb. Portuqal mütəxəssis 2021-ci ilin yayında “Roma”nın sükanı arxasına keçib və 2021/2022 mövsümündə Avropa Konfrans Liqasını qazanıb.

Mourinyonun “Roma” ilə müqaviləsi 2024-cü ilə qədər nəzərdə tutulub.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: