Mixail Şumaxerin daha bir bolidi hərraca çıxarıldı

Məşhur “Sotheby’s” hərrac evi əfsanəvi alman pilot Mixael Şumaxerin idarə etdiyi “Ferrari” F2001B yarış bolidini satışa çıxarıb.

Arena.az xəbər verir ki, hərrac avqustun 16-dan 19-dək keçiriləcək.

Söhbət yeddiqat dünya çempionunun 2002-ci ilin əvvəlində sürdüyü boliddən gedir. Hansı ki, bu bolidlə Şumaxer 2002-ci il mövsümünün ilk Avstraliya qran-prisində Xuan Pablo Montoya və Kimi Raykköneni qabaqlamış, iki həftə sonra isə Malayziya qran-prisində podiuma yüksələrək üçüncü yeri tutmuşdu. Maraqlıdır ki, bu, Ferrari tarixində 150-ci podium olub.

Xatırladaq ki, Mixail Şumaxerin digər bolidi, F2003-GA modeli 2022-ci ildə rekord qiymətə – 14,6 milyon dollara satılıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: