Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünə start verilib. Arena.az xəbər verir ki, 1-ci turun ilk oyun günündə cəmi bir qarşılaşma baş tutub.
Turun və mövsümün açılış oyununda “Trabzonspor” doğma meydanda “Antalyaspor”la üz-üzə gəlib. Qarşılaşma meydan sahiblərinin minimal hesablı qələbəsi ilə başa çatıb. Yeganə qolu 8-ci dəqiqədə Stefani Densvil vurub.
Xatırladaq ki, ilk turun qalan oyunları 12, 13 və 14 avqustda keçiriləcək.
Türkiyə, Super Liqa
1-ci tur
11 avqust
Trabzonspor – Antalyaspor 1:0
Qol: Densvil, 8.
12 avqust
20:15. Kasımpaşa – Ankaragücü
20:15. Konyaspor – İstanbulspor
22:45. Kayserispor – Qalatasaray
22:45. Pendikspor – Hatayspor
13 avqust
20:15. Sivasspor – Samsunspor
22:45. Adana Dəmirspor – Rizəspor
22:45. Fənərbaxça – Qaziantep
14 avqust
22:00. Alanyaspor – Başakşəhər
22:00. Fatih Karagümrük – Beşiktaş


