Tanınmış iş adamı İlon Mask başqa bir məşhur Mark Sukerberqlə döyüşü haqqında İtaliya hakimiyyəti ilə əldə edilmiş razılaşmadan danışıb.
Arena.az xəbər verir ki, Mask bu barədə sosial şəbəkə üzərindən məlumat yayıb:
“Döyüşü mənim fondum və Sukerberq fondu (UFC deyil) təşkil edəcək. Canlı yayım bu platformada (“Twitter”) və “Meta”da olacaq. Kameranın kadrına daxil olan hər şey qədim Romanı təsvir edəcək, odur ki, müasir heç nə. İtaliyanın baş naziri və mədəniyyət naziri ilə danışdım. Onlar epik bir yer haqqında razılığa gəldilər. Baş verəcək hər şey İtaliyanın keçmişinə və bu gününə hörmət-izzəti ifadə edəcək. Əldə edilmiş bütün gəlir veteranlara veriləcək”, – Mask sosial şəbəkədə yazıb.
Daha əvvəl bildirilmişdi ki, Mask və Sukerberq arasında döyüş Roma Kolizeyində baş tuta bilər.


