Avqustun 14-dən 20-nə qədər İordaniyanın paytaxtı Amman şəhərində güləş üzrə U-20 dünya çempionatı keçiriləcək.
Arena.az xəbər verir ki, yarışın ilk günlərində sərbəst güləş üzrə mübarizə baş tutacaq.
Böyük məşqçi Arif Abdullayev, məşqçilər Rövşən Hacıyev və Nazim Əlicanovun rəhbərliyi altında aşağıdakı heyət ölkəmizi təmsil edəcək:
57 kq. Ruslan Abdullayev
61 kq. Musa Ağayev
65 kq. Ramik Heybətov
70 kq. Mircavad Nəbiyev
74 kq. Elxan Qarayev
79 kq. Ali Tsokayev
86 kq. Təbriz Bayramov
92 kq. Rəvan Musayev
97 kq. Zəfər Əliyev
125 kq. Yusif Dursunov
Daha sonra estafet qadın güləşçilərə keçəcək. Böyük məşqçi Rövşən Umudovun rəhbərliyi altında 3 güləşçi uğur qazanmağa çalışacaq:
50 kq. Elvina Kərimzadə
53 kq. Gültəkin Şirinova
55 kq. Əsmər Cankurtaran
Çempionata yunan-Roma güləşçilərinin çıxışıyla yekun vurulacaq. Böyük məşqçi Nurəddin Rəcəbov, məşqçilər Emin Əhmədovla Turac Hüseynlinin rəhbərliyi altında 9 güləşçi xalçaya çıxacaq:
55 kq. Fərid Sadıxlı
60 kq. İlkin Qurbanov
63 kq. Fəraim Mustafayev
67 kq. Kənan Abdullazadə
72 kq. Ruslan Nurullayev
77 kq. Davud Məmmədov
82 kq. İsmayıl Rzayev
87 kq. Əli Quliyev
130 kq. Məzaim Mərdanov
Dünya çempionatında beynəlxalq dərəcəli hakim Kamran Əliyev də ədaləti qoruyanlar sırasında olacaq.


