Futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunları keçirilir. Arena.az xəbər verir ki, ikinci oyun günündə daha altı qarşılaşma baş tutub.
“Bornmut” – “Vest Hem” matçında qalib müəyyənləşməyib. “Arsenal” doğma meydanda “Nottingem Forest”i çətinliklə yenib. “Brayton” debütant “Luton Taun”u, “Nyukasl” da “Aston Villa”nı doğma meydanda böyük hesabla məğlub edib.
“Everton” evdə “Fulhem”ə, “Şeffild Yunayted” də “Kristal Pelas”a minimal hesabla uduzub.
Xatırladaq ki, ilk turun qalan oyunları bazar gününə təsadüf edəcək.
İngiltərə, Premyer Liqa
1-ci tur
11 avqust
Börnli – Mançester Siti 0:3
Qollar: Haland, 4; 36. Rodri, 75.
12 avqust
Arsenal – Nottingem Forest 2:1
Qollar: Nketia, 26. Saka, 32 – Avoniyi, 82.
Bornmut – Vest Hem 1:1
Qollar: Solanke, 82 – Bouen, 51.
Brayton – Luton Taun 4:1
Qollar: Març, 36. J.Pedro, 71. Adinqra, 85. Ferquson, 90+5 – Morris, 81-pen.
Everton – Fulhem 0:1
Qol: De Kordova-Reyd, 73.
Şeffild Yunayted – Kristal Pelas 0:1
Qol: Eduard, 49.
Nyukasl – Aston Villa 5:1
Qollar: Tonali, 6. İsak, 16; 58. Uilson, 77. Barnes, 90+1 – Diabi, 11.
13 avqust
17:00. Brentford – Tottenhem
19:30. Çelsi – Liverpul
23:00. Mançester Yunayted – Vulverhempton


