Boks: Məktəblilərin Avropa çempionatına 20 idmançı ilə

Avqustun 17-dən 25-nə qədər Sloveniyanın Maribor şəhərində məktəblilər arasında boks üzrə Avropa birinciliyi keçiriləcək.

Arena.az xəbər verir ki, yarışda Azərbaycan milli komandası da qüvvəsini sınayacaq.

Yığmaya Boks Federasiyasının İdarə Heyətinin üzvü, aşağı yaş qrupu üzrə komandaların baş məşqçisi Rövşən Hüseynov rəhbərlik edəcək.

Avropa birinciliyində oğlanların yarışında rinqə 15 boksçumuz çıxacaq:

Əli Camalzadə (40 kq)
Şahin Mustafayev (42 kq)
Bəhlul Əhmədli (44 kq)
Məhəmməd Mehrəliyev (46 kq)
Yusif Bəylərov (48 kq)
Təşkilat Quliyev (50 kq)
Şahin Aslanov (52 kq)
Seydəmir Quliyev (54 kq)
Toğrul Quliyev (57 kq)
Əli Abdullayev (60 kq)
Adil Zalov (63 kq)
Nicat İmanov (66 kq)
İsmayıl Vəliyev (70 kq)
Hüseyn Abdullayev (80 kq)
Səfdər Məmmədzadə (90 kq)

Komandanın məşqçilər heyətində Vüqar Məmmədov və Samir Məmmədov da yer alıblar.

Qızların yarışında isə ölkəmiz 5 boksçu ilə təmsil olunacaq. Yadigar Məmmədov və İlkin Ağayevin rəhbərliyi altında bu idmançılarımız döyüşəcəklər:

Saraxanım Səmədova (38 kq)
Aylin Nəzərova (46 kq)
Fidan Bəkirova (51 kq)
Mədinə Məmmədova (57 kq)
Səma Hüseynova (60 kq)

Bu gün səfərə yollanan boks millimiz avqustun 26-da Bakıya qayıdacaq.

Avropa birinciliyində beynəlxalq dərəcəli referi Rövşən Qədirov da ölkəmizin idman şərəfini qoruyacaq.

Qeyd edək ki, yarışın püşkü avqustun 16-da atılacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: