La Liqa: “Atletiko” da ilk turdan qalib ayrıldı – Video

Bu gün futbol üzrə İspaniya çempionatında (La Liqa) 2023/2024 mövsümünün 1-ci turunun oyunlarına yekun vurulub.

Arena.az xəbər verir ki, ilk turun sonuncu oyun günündə daha iki qarşılaşma baş tutub.

“Kadis” doğma meydanda “Alaves”lə üz-üzə gəlib və minimal hesablı qələbəyə sevinib.

Madrid “Atletiko”su isə startda “Qranada”nı sınağa çəkib. Dörd qolluq bu qarşılaşma da meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

İspaniya, La Liqa
1-ci tur
11 avqust

Almeriya – Rayo Valyekano 0:2
Qollar: Palason, 20-pen. Nteka, 28-pen.

Sevilya – Valensiya 1:2
Qollar: En Nesiri, 70 – Diakabi, 60. Gerra, 89.

12 avqust

Real Sosyedad – Jirona 1:1
Qollar: Kubo, 5 – Dovbik, 72.

Las Palmas – Malyorka 1:1
Qollar: Viera, 29 – Rayllo, 70.

Atletik – Real 0:2
Qollar: Rodriqo, 28. Bellingem, 36.

13 avqust

Selta – Osasuna 0:2
Qollar: R.Qarsiya, 24. M.Qomes, 74.

Vilyarreal – Betis 1:2
Qollar: Kuenka, 61 – A.Peres, 20. V.Xose, 90+5.

Xetafe – Barselona 0:0

14 avqust

Kadis – Alaves 1:0
Qol: San Emeterio, 7.

Atletiko – Qranada 3:1
Qollar: Morata, 45+4. Depay, 67. Lyorente, 90+8 – Samu, 62.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: