İlon Mask Mark Sukerberqi qorxaqlıqda ittiham etdi: “Toyuq”

Məşhur amerikan sahibkar İlon Mask digər amerikan iş adamı Mark Sukerberqin aralarında gözlənilən döyüşlə bağlı son sözlərini şərh edib.

Arena.az xəbər verir ki, Mask bu barədə özünün sosial şəbəkə hesabları üzərindən çıxış edib.

Daha əvvəl Sukerberq bildirmişdi ki, Mask döyüşə ciddi yanaşmır və buna görə də boş vermək mənasında “davam etmək” vaxtıdır.

“Sukerberq toyuqdur (ABŞ-da qorxaqları adətən belə adlandırırlar). O, toyuq filesi yeyə bilməz, çünki onda bu, adamyeyənlik olardı. Tuk-tuk, çağırış qəbul edildi. Mark, mənə qapını aç. Tezliklə ondan ismarışlar gələcək ki, o, əlbəttə, istənilən vaxt döyüşmək istəyir, amma bla-bla-bla”, – Mask sosial şəbəkələrdə Sukerberqi cəfəng boşboğaza bənzədib.

Xatırladaq ki, Mask və Sukerberq arasındakı döyüş haqqında söz-söhbət, İlonun Markla “qəfəs müharibəsində” iştirak etməyə hazır olduğunu yazdıqdan sonra başlayıb. Buna cavab olaraq, Sukerberq Maska olduğu yer haqda məlumat göndərməsini istəyib. Mask tez bir zamanda çağırışa sadəcə iki kəlmə ilə cavab verib: “Veqasdakı Səkkizbucaq”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: