Azərbaycanın beynəlxalq dərəcəli güləş hakimləri – Bəşir İsazadə və Həbib Nurulu növbəti uğuruna imza atıblar.
Arena.az xəbər verir ki, bu barədə Azərbaycan Güləş Federasiyasının rəsmi saytı məlumat yayıb.
Xəbərdə bildirilir ki, Dünya Güləş Birliyi (UWW) iyunun 12-dən 18-nə qədər Albaniyanın paytaxtı Tiranada keçirilmiş U-17 Avropa çempionatında nəzəri və praktiki təlimlərdə etimadı doğruldan və görüşləri yüksək səviyyədə idarə edən hakimlərimizin kateqoriyasını yüksəldib.
Belə ki, gənc hakimlərimiz Bəşir İsazadə və Həbib Nurulu 1-ci kateqoriyalı hakim statusuna yiyələniblər. Bununla da bu kateqoriyaya sahib olan referilərimizin sayı 8-ə çatıb.
Xatırladaq ki, güləşdə beynəlxalq dərəcəli hakimlik 4 kateqoriyadan (1-S, 1, 2 və 3-cü kateqoriya) ibarətdir.


