Formula 1: “FIA “Red Bull”un hökmranlığına qarşı tədbir görə bilər”

Formula 1 üzrə mütəxəssis, sabiq pilot Devid Kennedi Beynəlxalq Avtomobil Federasiyasının “Red Bull”a qarşı mümkün tədbirlərindən danışıb.

Arena.az bu barədə “PlanetF1” portalına istinadən məlumat verir.

Xatırladaq ki, Devid Kennedi 80-ci illərdə “Shadow” komandasında çıxış edib. İrland mütəxəssis FIA-nın “Red Bull” ilə digər komandalar arasındakı fərqi azaltmaq üçün dəyişikliklər edə biləcəyi ilə bağlı maraqlı fikir söyləyib:

“Tarix sübut edir ki, FIA bunu artıq edib. Bunu əvvəllər, Mixael Şumaxerin üstün olduğu iddia edilən vaxtda ediblər. Onlar xeyli dəyişikliklər etdilər, xüsusilə də təsnifatlarda. Nəticələri tarazlaşdırmaq və qarşısıalınmaz hökmranlığı dayandırmaq üçün mümkün hər şeyi etdilər. Bu, idmana ziyan vurur.

İdmanı izləyənlər “Maklaren”in hamını hər şeydə qabaqladığını çoxdan xatırlayırlar. Bu, marağı öldürürdü. Onda “Maklaren”də öz aralarında şiddətlə mübarizə aparan inanılmazlar – Alen Prost və Ayrton Senna vardı. Sonra Naycel Mansell ilə “Uilyams”ın üstünlüyü vardı. Bu, idmanda mövcud olan bəzi münaqişələri aradan qaldırır. Nəticənin necə olacağını bilməkdən daha pis bir şey yoxdur. “Red Bull”dan danışarkən, mən düşünmürəm ki, FIA-nın şansları bərabərləşdirməyə cəhdi üçün heç bir səbəb yoxdur”, deyə Kennedi bildirib.

Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümündə “Red Bull” Mühəndislər Kubokunda “Mersedes”i 256 xal qabaqlayaraq birinci yerdə qərarlaşıb. “Buğalar”ın pilotları keçirilmiş 12 qran-prinin hamısında qalib gəliblər.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: