Jan Todt Mixael Şumaxeri əfsanəvi qələbəsi münasibətilə təbrik etdi

“Ferrari”nin və Beynəlxalq Avtomobil Federasiyasının (FIA) keçmiş prezidenti Jan Todt əfsanəvi sabiq pilot Mixael Şumaxerə təbrik ünvanlayıb.

Arena.az bu barədə Jan Todtun “Twitter” hesabı üzərindən yazdığını xəbər verir.

Todt bir zamanlar rəhbərliyi altında çalışmış alman pilot Mixael Şumaxeri Macarıstan qran-prisində əfsanəvi qələbəsinin 25-ci ildönümü ilə əlaqədar təbrik edib:

“Biz səni sevirik Mixael! Biz həmişə sənin üçün və səninlə birlikdə mübarizə aparacağıq”, – Todt yazıb.

1998-ci ildə Macarıstan qran-prisində yürüşə 3-cü mövqedən başlamış Mixael Şumaxer, 1-ci mövqedən yürüş etmiş “Maklaren”in fin pilotu Mika Hakkineni dövrələrin yekununda qabaqlayaraq, ötə bilmişdi. Həmin qran-pridə Maykl karyerasının 32-ci qələbəsini qazanmışdı.

Xatırladaq ki, Şumaxer 2013-cü ilin son günlərində Alp dağlarında xizəklə sürüşərkən qəzaya uğramış və ağır kəllə-beyin zədəsi alımışdı. Əfsanəvi pilotun müalicəsi onu süni koma vəziyyətinə salmaqla davam etdirilmişdi. Müalicəsinə xeyli vəsait xərclənmiş və komadan ayılmış Şumaxer hazırda ancaq ən yaxın ətrafının əhatəsində ömür sürür və səhhəti haqda çox az adam məlumatlıdır. Məşhur pilotun həm sərbəst hərəkət edə bilmədiyi, həm də ətrafı ilə sərbəst ünsiyyət qura bilmədiyi məlumdur. Jan Todt, Şumaxer və ailəsi ilə yaxın münasibəti olan çox azsaylı insandan biridir.

Xəbəri sosial şəbəkələrdə paylaş: