Premyer Liqa: “Nottingem Forest”dən çətin qələbə

Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunlarına start verilib.

Arena.az xəbər verir ki, ilk oyun günündə bir qarşılaşma baş tutub.

Turun açılış matçında “Nottingem Forest” doğma meydanda “Şeffild Yunayted”lə münasibətlərinə aydınlıq gətirib. Üç qolun qeydə alındığı matç meydan sahiblərinin qələbəsiylə yekunlaşıb.

Qeyd edək ki, bu turun “Luton Taun” – “Börnli” matçı təxirə salınıb.

İngiltərə, Premyer Liqa
2-ci tur
18 avqust

Nottingem Forest – Şeffild Yunayted 2:1
Qollar: Avoniyi, 3. Vud, 89 – Hamer, 48.

19 aprel

18:00. Fulhem – Brentford
18:00. Liverpul – Bornmut
18:00. Vulverhempton – Brayton
20:30. Tottenhem – Mançester Yunayted
23:00. Mançester Siti – Nyukasl

20 avqust

17:00. Aston Villa – Everton
19:30. Vest Hem – Çelsi

21 avqust

23:00. Kristal Pelas – Arsenal

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: