Maqnus Karlsen imtina etdi, Nicat Abbasovun yolunu açdı

Norveçli qrosmeyster Maqnus Karlsen özünün 2024-cü il şahmat tacına iddiaçıların turnirində iştirak şansından danışıb.

Arena.az “Chess.com” portalına istinadən Karlsenin bu xüsusda fikirlərini diqqətinizə çatdırır:

“Cari tərtibatla tamamilə şanssızam. Düşünürəm ki, hər kəs mənim iddiaçılar turnirində oynamayacağımdan çıxış etməlidir. Beləliklə, Dünya Kubokunun bütün digər yarımfinalçıları iddiaçıların turniri üçün seçildilər”, – deyə Karlsen bildirib.

Dünya Kubokunun yarımfinalında Karlsen Azərbaycan şahmatçısı, qrossmeyster Nicat Abbasovla qarşılaşacaq. Digər yarımfinalda amerikan Fabiano Karuana hind Rameşbabu Praqnanandha ilə qarşılaşacaq.

İlkin olaraq, Dünya Kubokunun nəticələrinə görə ən yaxşı üç şahmatçı namizədlər turnirində iştirak etməli idi. Karlsenin imtinasından sonra Abbasov, Karuana və Praqnanandha nəticədən asılı olmayaraq, iddiaçıların turnirində iştirak üçün seçilmiş oldular.

Xatırladaq ki, Maqnus Karlsen ötən il də İddiaçılar Turnirində iştirakdan imtina etmişdi. Onun imtinasından sonra çinli Din Liren şahmat tacı uğrunda görüşdə rusiyalı Yan Nepomnyaşiyə rəqib olmuş və ona qalib gəlmişdi.

Xəbəri sosial şəbəkələrdə paylaş: