Formula 1: Taksi sürücüləri qran-prini pozmaqla hədələdilər

Formula 1 üzrə dünya çempionatının Harlem bölgəsində keçirilən Niderland qran-prisi taksi sürücülərinin tətili səbəbindən təhlükə altındadır.

Arena.az bu barədə “RacingNews365” portalına istinadən məlumat verir.

Niderland mətbuatında yer alan məlumata görə, sürücülər Zandvort bələdiyyəsindən vəsiqə almayacaqlar. Müvafiq buraxılış vəsiqələri yalnız sahil kəndlərində yerləşən sakinlərə və şirkətlərə veriləcək. Bölgədəki taksi sürücülərinə Niderland qran-prisi zamanı işləyə bilməyəcəkləri barədə məlumat verilib.

Əvvəlki illərdə icazələrlə böyük alver hesabına müvafiq taksi qadağasından yayınırdılarsa, bu il az sayda taksi sürücüsü xüsusi icazə alacaq. Bildirilir ki, Harlemdə bu icazələri alacaq sürücülər yoxdur və müvafiq eyniləşdirmə vəsiqəsi olmayan taksilər Zandvort şossesinə yaxınlaşa belə, bilməyəcəklər. 150-yə yaxın taksi sürücüsü mövcud vəziyyətlə hesablaşmağa və bələdiyyədən qərar tələb etməyə hazır deyil. Əks halda onlar nümayişlər keçirmək və ya magistral yolları bağlamaq kimi “ifrat tədbirlərə” əl atacaqlar.

Xatırladaq ki, Formula 1 üzrə dünya çempionatının 2023-cü il mövsümünün sayca 13-cü qran-prisi məhz Niderlandda keçiriləcək. Zandvortdakı yarış avqustun 27-də baş tutacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: