Maks Ferstappen Formula 1-i tərk edə bilər

Formula 1 üzrə dünya çempionatında mövsümün lideri olan “Red Bull”un pilotu Maks Ferstappen komandası ilə müqaviləsi haqda danışıb.

Arena.az xəbər verir ki, o, razılaşma müddəti bitməmiş komandadan ayrıla biləcəyinə dair şərtləri açıqlayıb. Ferstappen bu barədə “De Telegraaf”a müsahibəsində bildirib.

Holland pilot bolidin yeni mühərrikinin o qədər də yaxşı olmayacağı, komandanın nəticələrinin isə düşməyə başlayacağı halda nə olacağı haqda sualı da cavablayıb:

“Komandanın nəticələri korlanarsa, bu, pis və dramatik olacaq. Amma təbii ki, komandada belə yaxşı insanların çalışdığını nəzərə alsaq, onun çox geriyə yuvarlanacağını gözləmirəm. Bu idman növündə elə ola bilər ki, komandanın ən yaxşı şəkildə çıxış etməməsi baş verə bilər. Belə vəziyyətlərdə öz perspektivlərinizi sayıq şəkildə qiymətləndirmək gərəkdir. Amma mən üç mövsüm cədvəlində ortasında sallanmağımı təsəvvür edə bilmirəm. Onda yaxşı olar ki, evdə oturum, ya da başqa bir şeylə məşğul olum. Amma yenə də: Mən bizim bu mövqedə olacağımızı gözləmirəm”, – deyə Maks Ferstappen bildirib.

25 yaşlı pilotun “Red Bull” ilə müqaviləsi 2028-ci ilə qədər qüvvədədir. O, müqavilə müddəti bitdikdən sonra komandadan ayrıla və ya hətta Formula 1-i tamamilə tərk edə biləcəyini vurğulayıb.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: