“Red Bull”un müşaviri Helmut Marko Avstriya komandasının mənafeyini müdafiə edən mövqedən təkziblə çıxış etməli olub.
Arena.az bu barədə “Racingnews365” portalına istinadən məlumat verir.
Helmut Marko “Red Bull”un bolidlərini komandanın pilotu Maks Ferstappen üçün xüsusi olaraq düzəltməsi haqda məlumatları təkzib edib:
“Biz yarış bolidlərini məxsusi olaraq Ferstappen üçün düzəldirik? Xeyr, bu doğru deyil. 2022-ci ilin əvvəlində maşın dönmələrdə əziyyət çəkirdi. Bu, maşının artıq çəkisi ilə əlaqədar idi. Uzunmüddətli perspektivdə siz artıq çəkili maşında uğur qazana bilməyəcəksiniz, amma maşın yüngülləşdikcə, getdikcə daha çox “neytral” balansa keçir – hətta dönmələrdə ifrata varır.
Düşünürəm ki, bizim uzun illər ərzində dəyişməz qalan komandamız var. Bizdə davamlılıq, bütün təşkilatın sabitliyi və sürətli qərarların qəbuluinda çeviklik var”, deyə Marko əlavə edib.


