Bu gün Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti mərhələsinin (15-ci qran-pri) həlledici yarışı baş tutub.
Arena.az xəbər verir ki, budəfəki yarış Azərbaycanda təşkil olunub.
Bakıda baş tutmuş Azərbaycan qran-prisində “Mersedes”in pilotu Corc Rassel qalib olub. 28 yaşlı britaniyalı sürücü 51 dövrəlik yarışda üstünlüyünü sonadək qoruyaraq qələbəsini rəsmiləşdirib. Bu, onun cari mövsümdə 3-cü, karyerası ərzində 8-ci zəfərdir.
“Red Bull”un sürücüsü, əvvəlki mövsümlərdə ardıcıl çempionluqlar yaşamış Maks Ferstappen Bakıda ikinci yerlə kifayətlənib. Onun komanda yoldaşı İsak Hacar isə üçüncü olub.
Bakıdakı yarış bir neçə sürücü üçün uğursuz alınıb. Belə ki, “Aston Martin”in sürücüləri Lens Stroll və Fernando Alonso mübarizəni erkən dayandırıblar. “Uilyams”dan Aleksander Albonun bolidi divara çırpılıb. “Alpin”in sürücüləri Franko Kolapinto ilə Pyer Qasli də kütləvi qəza nəticəsində yarışı dayandırmaq məcburiyyətində qalıblar. Valtteri Bottasla (“Kadillak”) Lando Norris də (Maklaren) mübarizəni sonadək davam etdirə bilməyiblər.
Beləliklə, geridə qalmış 15 mərhələdən sonra Kimi Antonelli (“Mersedes”) 302 xalla vahid liderdir. “Mersedes”in digər pilotu Corc Rassel (236) ikincidir. Üçüncü yerdə “Ferrari”nin sürücüsü Luis Hamilton (199) qərarlaşıb.
Mühəndislər Kubokunda “Mersedes” 538 xalla ilk sırada qərarlaşıb. “Ferrari” 378 xalla ikinci, “Maklaren” isə 306 xalla üçüncü yerdə gedir.
Formula 1 üzrə dünya çempionatında 2026-cı il mövsümünün növbəti – 16-cı qran-prisi Malayziyada keçiriləcək. Halbuki, bu yarış Bəhreyndə baş tutmalı idi. Amma İranla müharibə səbəbindən Bəhreyn qran-prisinin Malayziyada – oktyabrın 4-də təşkil olunmasına qərar verilib.
Formula 1 üzrə dünya çempionatı, 2026
Pilotların yarışında turnir cədvəli:
- Kimi Antonelli (Mersedes) – 302
- Corc Rassell (Mersedes) – 236
- Luis Hamilton (Ferrari) – 199
- Lando Norris (Maklaren) – 186
- Şarl Lekler (Ferrari) – 179
- Maks Ferstappen (Red Bull) – 163
- Oskar Piastri (Maklaren) – 120
- İsak Hacar (Red Bull) – 86
- Liam Louson (Rasinq Bulls) – 59
- Pyer Qasli (Alpin) – 41
- Arvid Linblad (Rasinq Bulls) – 37
- Franko Kolapinto (Alpin) – 27
- Oliver Berman (Haas) – 20
- Qabriel Bortoleto (Audi) – 10
- Niko Hulkenberq (Audi) – 7
- Esteban Okon (Haas) – 3
- Karlos Sayns (Uilyams) – 7
- Aleksander Albon (Uilyams) – 5
- Fernando Alonso (Aston Martin) – 3
- Yuki Tsona (Rasinq Bulls) – 1
- Serxio Peres (Kadillak) – 0
- Valtteri Bottas (Kadillak) – 0
- Lens Stroll (Aston Martin) – 0
Mühəndislər Kubokunda xal sıralaması:
- Mersedes – 538
- Ferrari – 378
- Maklaren – 306
- Red Bull – 263
- Rasinq Bulls – 83
- Alpin – 68
- Haas – 27
- Audi –17
- Uilyams – 12
- Aston Martin – 3
- Kadillak – 0


