Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, üçüncü oyun günündə daha üç qarşılaşma baş tutub.
“Başakşəhər” doğma meydanda “Fatih Karagümrük”lə qarşılaşıb və 2 cavabsız qolla uduzub. “Qaziantep” də “Sivasspor”la ev oyunundan məğlubiyyətlə ayrılıb.
“Beşiktaş” isə debütant “Pendikspor”la üz-üzə gəlib. İstanbul təmsilçisi bu rəqib üzərində qələbəni əlavə vaxtda penaltidən buraxdığı qolla əldən verib.
Türkiyə, Super Liqa
2-ci tur
18 avqust
Antalyaspor – Konyaspor 1:1
Qollar: G.Vural, 87 – Çikalleşi, 60.
İstanbulspor – Kayserispor 1:1
Qollar: İ.Yılmaz, 81 – Tiam, 77.
19 avqust
Rizəspor – Alanyaspor 0:0
Hataspor – Kasımpaşa 0:0
Qalatasaray – Trabzonspor 2:0
Qollar: İkardi, 23; 90+2.
20 avqust
Başakşəhər – Fatih Karagümrük 0:2
Qol: Mendes, 6. A.Uğur, 30.
Beşiktaş – Pendikspor 1:1
Qollar: Kolli, 12 – Romero, 90+4-pen.
Qaziantep – Sivasspor 1:3
Qollar: F.Soyalp 50 – Says, 12. C.Osmanpaşa 44. Q.Rodriqes, 84.
21 avqust
22:00. Ankaragücü – Adana Dəmirspor
22:00. Samsunspor – Fənərbaxça


