Britaniyalı atlet Katarina Conson-Tompson Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında heptatlon üzrə çempion olub.
Arena.az dünya çempionatının qalibi və mükafatçılarının nəticələrini təqdim edir.
Qızıl medalı qazanmış atletin ümumi nəticəsi 6740 baldır ki, bu, britaniyalı atlet üçün mövsümün rekordudur. İdmançı 200 metr məsafəyə qaçışda və uzunluğa tullanmada birinci olub.
Gümüş medala 6720 bal toplamış ABŞ təmsilçisi Anna Holl sahib olub. İdmançı ilk dörd növdə iştirakdan sonra lider olub, sonra isə mövqeyini itirib.
Bürünc medalı 6501 balla Niderland təmsilçisi Anuk Vetter qazanıb. Vetter üçün bu bal mövsümdə ən yaxşı şəxsi göstəricisidir. Atlet gürzatma və nizəatma növlərində birinci olub.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


