“Mersedes”in britaniyalı pilotu, yeddiqat dünya çempionu Luis Hamilton Formula 1-in cari mövsümünə münasibətini bildirib.
Arena.az xəbər verir ki, Hamilton bu barədə “Channel 4” efirində danışıb:
“Bizim bolidimiz getdikcə yaxşılaşır. Keçən il olduğu kimi, maşınımızı mövsümün sonuna qədər yeniləsək, əla olar. Eyni zamanda, bu halda digər komandalar növbəti mövsümə hazırlaşmaq üçün bizdən önə keçəcəklər.
Şəxsən mənə çempionatı hansı mövqedə bitirməyimin fərqi yoxdur. Mənim üçün əsas – komandaya gələn ilə hazırlaşmaqda köməkdir ki, biz qış sınaqlarına və mövsümün ilk yürüşünə, nail olmağa çalışdığımız, sıxma qüvvəsi və effektivliyi ilə delfinləməyən bir maşınla gələ bilək. Belə olan halda istənilən rəqiblə mübarizə apara biləcəyik. Bu, mənim cari arzumdur”, deyə Luis Hamilton bildirib.
Xatırladaq ki, hazırda Formula 1 üzrə cari çempionatda “Red Bull” demək olar, bütün göstəricilərdə rəqiblərinin ayaqlaşa bilməyəcəyi üstünlüyə malikdir.


