Coşua Çepteqei 10000 metrə qaçışda qızıl medal qazandı

Uzun məsafələrə qaçış üzrə uqandalı yüngül atlet Coşua Çepteqei Budapeştdə 10000 metr məsafəyə qaçışda dünya çempionu olub.

Arena.az dünya çempionatının qalibi və mükafatçılarının nəticələrini təqdim edir.

2020-ci ildə Olimpiya çempionu da olmuş Çepteqei Budapeştdə 10000 metrə qaçışda məsafəni 27:51.42 göstərici ilə qət edib.

Gümüş medalın sahibi bu mövsüm kross qaçışı üzrə dünya çempionluğunu qazanmış keniyalı atlet Daniel Simiu Ebenyo olub. Keniyalı atlet 27:52.60 nəticə göstərib.

Bürünc medalı isə bu məsafədə 2020-ci il Olimpiya çempionu həbəş qaçışçı Selemon Bareqa qazanıb. Bareqa 27:52.72 nəticə göstərib.

Yüngül atletika üzrə dünya çempionatı. 10000 metrə qaçış. Kişilər:

  1. Coşua Çepteqei (Uqanda) – 27:51,42;
  2. Daniel Simiu Ebenyo (Keniya) – 27:52.60;
  3. Selemon Bareqa (Həbəşistan) – 27:52,72.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: