Kanadalı atlet İten Ketsberq Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında çəkicatma növündə qalib gəlib.
Arena.az dünya çempionatının qalibi və mükafatçılarının nəticələrini təqdim edir.
Qızıl mükafatçı Ketsberq çəkicatmada 81 metr 25 santimetr nəticə göstərərək, Kanada milli rekordunu müəyyənləşdirib.
Gümüş medalçı, polyak atlet Voytsex Novitski 81 metr 2 santimetr nəticə göstərib.
Bürünc medalı isə çəkici 80 metr 82 santimetrə atmış macar atlet Bentse Halas qazanıb.
Çəkicatma növündə ən böyük gözlənilməzlik beşqat dünya çempionu, polyak atlet Pavel Faydekin məğlubiyyəti olub. Faydek 2013-cü ildən bəri ilk dəfə məğlubiyyət acısı yaşayıb. Cari dünya çempionatında Faydek fəxri dördüncülüklə kifayətlənməli olub, kanadalı atlet bu dəfə çəkicini 80 metrə məsafəyə ata bilib.
Xatırladaq ki, keçən il Yucin şəhərində (Oreqon ştatı, ABŞ) keçirilmiş dünya çempionatında Faydek 81 metr 98 santimetr nəticə göstərmişdi.
Yüngül atletika üzrə dünya çempionatı. Çəkicatma. Kişilər:
- İten Ketsberq (Kanada) – 81,25 metr;
- Voytsex Novitski (Polşa) – 81,02 metr;
- Bentse Halas (Macarıstan) – 80,82 metr.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


