Luis Hamiltonun supermaşını ilə qəza törətdi – Milyarder imiş

“Mersedes”in pilotu Luis Hamiltonun keçmiş superkarı “Pagani Zonda 760 LH” ilə qəza törədən şəxs milyarder Mark Redkliff olub.

Arena.az bu barədə “Daily Mail” nəşrinə istinadən məlumat verir.

Mənbənin məlumatına görə, Mark Redkliff qəzadan sağ-salamat çıxması üçün duaçı olmalıdır.

Mark Redkliffin Britaniya GT Çempionatında sürücü kimi qeydə alındığı vurğulanır.

Xatırladaq ki, qəza zamanı “Pagani Zonda 760 LH” markalı avtomobil Uelsdə Penmaenbax tunelində divara çırpılıb. Avtomobilin kuzovuna, ön və arxa asmasına ciddi ziyan dəyib. Xoşbəxtlikdən heç kim xəsarət almayıb.

Luis Hamilton avtomobili 2015-ci ildə alıb və yeddi il sonra 10 milyon avroya satıb.

Xəbəri sosial şəbəkələrdə paylaş: