Bu gün futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə iki qarşılaşma baş tutub.
“Ankaragücü” – “Adana Dəmirspor” matçında tərəflər hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Səfərdə “Samsunspor”la qarşılaşan “Fənərbaxça” isə turu inamlı qələbə ilə başa vurub.
Beləliklə, 2 turdan sonra itkisiz irəliləyən yeganə komanda – “Fənərbaxça” maksimum nəticə (6 xal) ilə zirvədə qərarlaşıb. “Hatayspor”, “Sivasspor”, “Alanyaspor”, “Qalatasaray”, “Adana Dəmirspor”, “Kasımpaşa” və “Beşiktaş” 4 xala malikdirlər. “Fatih Karagümrük”lə “Trabzonspor”un 3 xalı var. “İstanbulspor”, “Konyapor” və “Kayserispor” 2 xal, “Ankaragücü”, “Antalyaspor”, “Rizəspor”, “Samsunspor” və “Pendikspor” 1 xal əldə ediblər. “Qaziantep” və “Başakşəhər” isə hələ xal hesabını açmayıb.
Super Liqada 3-cü turun qarşılaşması 25-28 avqust aralığında keçiriləcək.
Türkiyə, Super Liqa
2-ci tur
18 avqust
Antalyaspor – Konyaspor 1:1
Qollar: G.Vural, 87 – Çikalleşi, 60.
İstanbulspor – Kayserispor 1:1
Qollar: İ.Yılmaz, 81 – Tiam, 77.
19 avqust
Rizəspor – Alanyaspor 0:0
Hataspor – Kasımpaşa 0:0
Qalatasaray – Trabzonspor 2:0
Qollar: İkardi, 23; 90+2.
20 avqust
Başakşəhər – Fatih Karagümrük 0:2
Qol: Mendes, 6. A.Uğur, 30.
Beşiktaş – Pendikspor 1:1
Qollar: Kolli, 12 – Romero, 90+4-pen.
Qaziantep – Sivasspor 1:3
Qollar: F.Soyalp 50 – Says, 12. C.Osmanpaşa 44. Q.Rodriqes, 84.
21 avqust
Ankaragücü – Adana Dəmirspor 1:1
Qollar: E.Bekiroğlu, 42 – Nianq, 26-pen.
Samsunspor – Fənərbaxça 0:2
Qollar: Dzeko, 62. Şimanski, 90+8.


