Bu gün futbol üzrə İngiltərə çempionatında (Premyer Liqa) 2023/2024 mövsümünün 2-ci turunun oyunlarına yekun vurulub.
Arena.az xəbər verir ki, sonuncu oyun günündə bir qarşılaşma baş tutub.
“Arsenal” səfərdə “Kistal Pelas”in qonağı olub. “Topçular bu görüşdən minimal hesablı qələbə ilə ayrılıblar.
Qeyd edək ki, bu turun “Luton Taun” – “Börnli” matçı təxirə salınıb.
Geridə qalan 2 turdan sonra itkisiz irəliləyən “Brayton”, “Mançester Siti” və “Arsenal” zirvəyə şərikdilrlər. “Brentford”, “Liverpul”, “Tottenhem” və “Vest Hem” hərəyə 4 xal toplayıblar. “Nyukasl”, “Aston Villa”, “Nottingem Forest”, “Kristal Pelas”, “Mançester Yunayted” və “Fulhem” 3 xal qazana biliblər. “Çelsi” və “Bornmut”un hələlik 1 xalı var. Digər beş komandanın isə xal hesabı hələ açılmayıb.
İngiltərə, Premyer Liqa
2-ci tur
18 avqust
Nottingem Forest – Şeffild Yunayted 2:1
Qollar: Avoniyi, 3. Vud, 89 – Hamer, 48.
19 aprel
Fulhem – Brentford 0:3
Qollar: Vissa, 44. Mbeumo, 66; 90+2.
Liverpul – Bornmut 3:1
Qollar: L.Dias, 28. Salah, 36. D.Jota, 62 – Semenyo, 3.
Vulverhempton – Brayton 1:4
Qollar: Hvanq, 61 – Mitoma, 15. Estupinan, 46. Març, 51; 55.
Tottenhem – Mançester Yunayted 2:0
Qollar: Sarr, 49. L.Martines, 83-öz qapısına.
Mançester Siti – Nyukasl 1:0
Qol: X.Alvares, 31.
20 avqust
Aston Villa – Everton 4:0
Qollar: Makqinn, 18. D.Luis, 24-pen. Beyli, 51. Duran, 75.
Vest Hem – Çelsi 3:1
Qollar: Agerd, 7. Antonio, 53. Paketa, 90+5 –
21 avqust
Kristal Pelas – Arsenal 0:1
Qol: Edeqor, 54-pen.


