Formula 1 pilotu erotik romanın qəhrəmanı rolundan danışdı

Tanınmış Formula 1 pilotu Daniel Rikkardo “Overtake my heart” adlı yeni erotik romanın baş qəhrəmanı olmasına münasibət bildirib.

Arena.az xəbər verir ki, Daks Şepard həftə sonu “Eff One with DRS” podkastında bu barədə ona bildirənə qədər Rikkardo özü romanın qəhrəmanı olduğunu bilməyib.

İyul ayında nəşr edilmiş və “ana üçün əla hədiyyə” kimi təqdim edilən 34 səhifəlik novellanın üz qabığında “Red Bull” bolidində qurşaqdan yuxarı çılpaq oturmuş Rikkardonun təsviri var.

“Ağıllı və müstəqil qadın olan Emili Formula 1 yarışının həyəcanlı və məftunedici dünyasına daxil olur və qarşısıalınmaz və cazibədar pleyboy Daniel Rikkardo ilə qarşılaşır. Emilinin sevgisi məşhur ürəkyeyəni ram etmək üçün kifayət edəcəkmi? Daniel ürəyini qazanmış qadın üçün karyerasını və nüfuzunu riskə atacaqmı? Yarışın özü kimi gözlənilməz və həyəcanverici bir sevgi hekayəsi üçün kəmərlərinizi bağlayın. Siz son səhifəyə qədər gərginlik içində olacaqsınız!”, – kitabın müqəddiməsində deyilir.

Rikkardo özü bu barədə təbəssümlə danışıb:

“Mən bu haqda heç vaxt eşitməmişəm, amma məmnunam. Həmçinin güman edirəm ki, zarafat etmirsiniz, amma mən çox inanıram”.

Bundan sonra Rikkardo üz qabığına baxıb gülüşlə deyib: “Bu nə hoqqadır? Əvəzində mən Cek kimi görünürəm”.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: