Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatının (DÇ-2023) təqvimi dözülməz istilər səbəbindən dəyişdirilib.
Arena.az bu barədə “24.hu” portalına istinadən məlumat verir.
Avqustun 23-də havanın temperaturunun 30 dərəcə selsidən yuxarı olacağı gözlənilir. Təşkilatçılar belə hallarda həmişə olduğu kimi havanın “qara” səviyyəsini açıqlayıblar. Qadınların 5000 metr məsafəyə qaçışları səhər proqramından çıxarılacaq və axşam sərinində baş tutacaq.
Qadınlar və kişilər üçün 200 metr məsafəyə ilkin yarışlar nəzərdə tutulduğundan daha tez – gün qızmamış başlayacaq.
DÇ-2023-ün 3-cü günündən sonra medal hesabına ABŞ komandası başçılıq edir. Amerikanların 5 qızıl, 2 gümüş və 2 bürünc olmaqla 9 medalı var. İspaniya 2 qızıl medalla 2-ci, Efiopiya isə 1 qızıl, 1 gümüş və 2 bürünc medalla 3-cü sırada qərarlaşıb.


