Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınların 1500 metr məsafəyə qaçış yarışları başa çatıb.
Arena.az xəbər verir ki, qələbəni ikiqat Olimpiya çempionu (2016 və 2020) keniyalı atlet Fait Çepnqetiç Kipyeqon qazanıb.
Kipyeqon 1500 metr məsafəni 3 dəqiqə 54.87 saniyəyə qət edib. Bu qələbə ilə Kipyeqon üçqat dünya çempionu olub. Kipyeqon əvvəllər 2017 və 2022-ci illərdə keçirilmiş dünya çempionatlarında da qələbəni bayram edib.
Gümüş medalı 3 dəqiqə 55.69 saniyə Həbəşistan təmsilçisi Diribe Velteci qazanıb.
Bürünc medala isə 3 dəqiqə 56.00 saniyə göstərici ilə hollandiyalı atlet Sifan Hassan sahib olub.
2023 Yüngül atletika üzrə dünya çempionatı. 1500 metr məsafəyə qaçış. Qadınlar:
- Fait Çepnqetiç Kipyeqon (Keniya) – 3:54,87 saniyə;
- Diribe Velteji (Həbəşistan) – 3:55,69 saniyə;
- Sifan Hassan (Hollandiya) – 3:56.00 saniyə.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vuruluacaq.


