Avropa Liqasının pley-off mərhələsində “Olimpiya” ilə ilk matç üçün bu gün Sloveniyaya yollanan “Qarabağ” artıq Lyublyana şəhərinə çatıb.
Arena.az xəbər verir ki, bu barədə Ağdam klubunun mətbuat xidməti məlumat yayıb.
Azərbaycan çempionu son məşqini bu axşam matçın keçiriləcəyi “Stojitse” stadionunda edəcək. Media nümayəndələri üçün ilk 15 dəqiqəsi açıq olacaq məşq yerli vaxtla saat 19:30-da (Bakı vaxtı ilə 21:30) başlayacaq. Bundan öncə isə baş məşqçi Qurban Qurbanovun yerli vaxt ilə 19:15-də (Bakı vaxtı ilə 21:15) mətbuat konfransına start veriləcək.
Xatırladaq ki, sabah baş tutacaq “Olimpiya” – “Qarabağ” matçı Bakı vaxtı ilə saat 22:00-da başlayacaq. Bu komandalar arasındakı cavab qarşılaşması isə ayın 31-də Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək. Oyuna saat 20:00-da start veriləcək.


