Yüngül atletika üzrə Azərbaycan millisinin üzvü Anna Skidan Budapeştdə keçirilən dünya çempionatında bu gün mübarizəyə start verib.
Arena.az xəbər verir ki, o, cəkicatma üzrə təsnifat mərhələsində iştirak edib.
Anna 77,10 metr nəticə ilə yadda qalıb. Bu göstərici ilə Skidan dünya çempionatının final mərhələsinə vəsiqə qazanıb.
Azərbaycan rekordunu və özünün şəxsi nəticəsini yeniləyən Anna Skidan bu nəticə ilə Paris Yay Olimpiya Oyunlarına da lisenziya qazanıb.
Xatırladaq ki, avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.


