Yüngül atletika: Coş Kerrdən sürpriz dünya çempionluğu

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında 1500 metr məsafəyə qaçış yarışı başa çatıb.

Arena.az xəbər verir ki, yarışın qalibi gözlənilmədən qızıl medalı qazanmış Böyük Britaniya təmsilçisi Coş Kerr olub.

Kerr 2020-ci il Olimpiya çempionu norveçli atlet Yakob İnqebriqtseni geridə qoyub. İlk üçlüyü digər norveçli atlet Narve Gilye Nordos qapayıb.

Vurğulayaq ki, 25 yaşlı Kerr üçün bu, karyerasında dünya çempionatının ilk medalıdır. Həmçinin Coş Kerr 2020-ci il Tokio Olimpiadasında 1500 metr məsafəyə qaçış üzrə bürünc medal qazanmışdı.

2023 Yüngül atletika üzrə dünya çempionatı. 1500 metr məsafəyə qaçış. Kişilər:

  1. Coş Kerr (Böyük Britaniya) – 3:29,38 saniyə;
  2. Yakob İnqebriqtsen (Norveç) – 3:29,65 saniyə;
  3. Narve Gilye Nordos (Norveç) – 3:29,68 saniyə.

İnqebriqtsen 2022-ci ildə Yucində (ABŞ) keçirilən dünya çempionatında da gümüş medal qazanmışdı. Bu norveçli atletin final mərhələsində ardıcıl ikinci məğlubiyyətidir.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: