Yüngül atletika: Mariya Peresdən DÇ-də ikinci “qızıl”

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınlar arasında 35 km məsafəyə idman yürüşü yarışı başa çatıb.

Arena.az xəbər verir ki, ispan atlet Mariya Peres məsafəni 2:38.40 vaxt göstəricisi ilə qət edərək, qızıl medala sahib olub.

Bu, Peresin cari dünya çempionatında ikinci qızıl medalıdır. Bundan əvvəl Peres 20 km məsafəyə idman yürüşündə də qızıl medal qazanmışdı.

35 km məsafəyə idman yürüşündə gümüş medalı perulu atlet Kimberli Qarsiya Leon, bürünc medalı isə yunan atlet Antiqoni Drisbioti qazanıb.

2023 Dünya çempionatı. 35 km məsafəyə idman yürüşü. Qadınlar:

  1. Mariya Peres (İspaniya) – 2:38.40;
  2. Kimberli Qarsiya Leon (Peru) – 2:40,52;
  3. Antiqoni Drysbioti (Yunanıstan) – 2:43,22.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: