Yüngül atletika: Alvaro Martindən DÇ-də “qızıl dubl”

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında 35 km məsafəyə idman yürüşü yarışı başa çatıb.

Arena.az xəbər verir ki, ispan atlet Alvaro Martin məsafəni 2:24.30 vaxt göstəricisi ilə qət edərək, qızıl medala sahib olub və həmçinin müvafiq vaxt göstəricisi ilə milli rekordu müəyyənləşdirib.

Bu, Martinin cari dünya çempionatında ikinci qızıl medalıdır. Bundan əvvəl Martin 20 km məsafəyə idman yürüşündə də qızıl medal qazanmışdı.

35 km məsafəyə idman yürüşündə gümüş medalı ekvadorlu atlet Brayan Pintado, bürünc medalı isə yapon atlet Masatora Kavano qazanıb.

2023 Dünya çempionatı. 35 km məsafəyə idman yürüşü. Kişilər:

  1. Alvaro Martin (İspaniya) – 2:24.30;
  2. Brayan Pintado (Ekvador) – 2:24.34;
  3. Masatora Kavano (Yaponiya) – 2:25.12.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: