İspan atletlər Mariya Peres və Alvaro Martin Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında “qızıl dubl”a imza atıblar.
Arena.az xəbər verir ki, bu gün 35 km məsafəyə idman yürüş yarışında qazandıqları çempionluqla “qızıl dubl”a imza atmış ispan atletlər qələbəni duyğusal şəkildə bölüşüblər.
Mariya Peres və Alvaro Martin dostcasına səmimi qucaqlaşaraq zəfəri münasibəti ilə bir-birini təbrik ediblər.
Xatırladaq ki, hər iki atlet həm 20 km və həm də 35 km məsafəyə idman yürüşündə qızıl medal qazanıb.
Mariya Peres 35 km məsafəni 2:38.40 vaxt göstəricisi ilə qət edərək, buna qədər mövcud, dünya çempionatının rekordunu 36 saniyəyə üstələyib. Alvaro Martin 35 km məsafəyə idman yürüşündə 2:24.30 vaxt göstəricisi ilə milli rekordu müəyyənləşdirib.




