Yüngül atletika: Uotson 400 metr məsafəyə qaçışda “qızıl” qazandı

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında kişilər arasında 400 metr məsafəyə qaçış yarışı başa çatıb.

Arena.az xəbər verir ki, qızıl medalı məsafəni 44,22 saniyəyə qət etmiş 21 yaşlı yamaykalı atlet Antonio Uotson qazanıb.

Uotson 2017-ci ildə U-18 dünya çempionatının qalibi, 2018 Yeniyetmələrin Olimpiya Oyunlarında isə gümüş medalçı olub. 2023-cü il dünya çempionatındakı uğuru, böyüklərin yarışlarında gənc Uotsonun ilk böyük qələbəsi kimi əlamətdardır.

Bu yarış növündə gümüş medalı 44,31 saniyə göstəricisi ilə britaniyalı atlet Metyu Hadson-Smit, bürünc medalı isə 44,37 saniyə göstəricisi ilə amerikan atlet Kvinsi Holl qazanıb.

2023 Dünya çempionatı. 400 metr məsafəyə qaçış. Kişilər:

  1. Antonio Uotson (Yamayka) – 44,22 saniyə;
  2. Metyu Hadson-Smit (Böyük Britaniya) – 44,31 saniyə;
  3. Kvinsi Holl (ABŞ) – 44,37 saniyə.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına ayın 27-də yekun vurulacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: