Futbol üzrə Azərbaycan Premyer Liqasının 4-cü turunun “Zirə” – “Sabah” matçı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatdı.
Arena.az Zirədə baş tutan bu matçın yekun protokolunu və icmalını təqdim edir:
Azərbaycan Premyer Liqası
4-cü tur
26 avqust
“Zirə” – “Sabah” 1:0
Qol: Vladislav Kulaç, 2.
Sarı vərəqələr: Dmitrios Çantakias, 63 (qeyri-idman hərəkəti). Vladislav Kulaç, 68 (qeyri-idman hərəkəti). Qismət Alıyev, 74 (qeyri-idman hərəkəti).
Qırmızı vərəqə: Amin Seydiyev, 70 (ciddi qayda pozuntusu).
Rəsmi şəxsə göstərilən sarı vərəqə: Artur Olenin, 61 (meydançaya icazəsiz daxil olduğuna görə).
Artırılan vaxt: Birinci hissədə 1 dəqiqə, ikinci hissədə 6 dəq.
Saat 19:30. Zirə İdman Kompleksinin stadionu, 1200 tamaşaçı.
Baş hakim: Elçin Məsiyev
Baş hakimin köməkçiləri: Pərvin Talıbov, Kamran Bayramov
Dördüncü hakim: Fərid Hacıyev
VAR: İnqilab Məmmədov
AVAR: Kamranbəy Rəhimov
Hakim-inspektor: Anar Salmanov
AFFA nümayəndəsi: Asif Əliyev
Zirə: 97. Tiaqo Silva, 77. Məqsəd İsayev, 32. Qismət Alıyev (k) (5. Stefan Aka, 90), 16. Fuad Bayramov, 11. Rüstəm Əhmədzadə (10. Rəhim Sadıxov, 78), 9. Vladislav Kulaç (66. Pərviz Azadov, 90), 4. Ruan Renato, 44. Dmitrios Çantakias, 15. Pyer Zebli (23. Andriya Lukoviç, 86), 28. Abbas İbrahim, 6. Eldar Quliyev (21. Hacıağa Hacılı, 86).
Ehtiyat oyunçular: 41. Anar Nəzirov, 50. Səlim Həşimov, 52. Emil Bayramov, 7. Filipe Paxtman, 19. Salifu Suma.
Baş məşqçi: Rəşad Sadıqov.
Sabah: 1. Yusif İmanov, 17. Tellur Mütəllimov (27. Jarl Marqarita, 46), 10. Aleksey İsayev (k), 9. Anatoli Nuriyev (29. Ceyhun Nuriyev, 78), 2. Amin Seydiyev, 15. Kristian da Silva (77. Namik Ələskərov, 65), 7. Boyan Letiç (21. İldar Ələkbərov, 79), 44. Sofian Çakla, 19. Emmanuel Apeh (18. Davit Volkov, 46), 3. Con İrasabal, 12. Vensan Till.
Ehtiyat oyunçular: 55. Nicat Mehbalıyev, 16. Rüstəm Samiqullin, 4. Elvin Camalov, 5. Rəhman Daşdəmirov, 33. Camal Cəfərov, 22. Seymur Məmmədov, 24. Maruan Hadudi.
Məşqçi: Artur Olenin.


