Futbol üzrə Türkiyə çempionatında (Super Liqa) 2023/2024 mövsümünün 3-cü turunun oyunları keçirilir.
Arena.az xəbər verir ki, ikinci oyun günündə daha üç qarşılaşma baş tutub.
“Kasımpaşa” – “Pendikspor” və “Sivasspor” – “Antalyaspor” matçlarında komandalar hərəyə 1 qol və 1 xalla kifayətləniblər.
Beş qolun qeydə alındığı “Trabzonspor” – “Rizəspor” matçında isə qonaqlar qələbə qazanıblar.
3-cü turun “İstanbulspor” – “Qalatasaray”, “Fənərbaxça” – “Başakşəhər” və “Adana Dəmirspor” – “Beşiktaş” oyunları təxirə salınıb. Buna Türkiyəni avrokuboklarda təmsil edən komandaların qitə miqyaslı görüşlərə daha yaxşı hazırlaşmaq istəməsi səbəb göstərilib.
Türkiyə, Super Liqa
3-cü tur
25 avqust
Konyaspor – Qaziantep 2:0
Qollar: Gilyerme, 69. Muriç, 90+5.
26 avqust
Kasımpaşa – Pendikspor 1:1
Qollar: Vink, 81 – Romero, 45+7.
Trabzonspor – Rizəspor 2:3
Qollar: Bakasetas, 58-pen. E.Destan, 83 – Moçsi, 20. B.Keser, 43; 66.
Sivasspor – Antalyaspor 1:1
Qollar: Q.Rodriqes, 36 – Larsson, 10.
27 avqust
20:15. Fatih Karagümrük – Ankaragücü
20:15. Kayserispor – Samsunspor
22:45. Alanyaspor – Hatayspor


