Formula 1: Luis Hamilton ən bərbad nəticəsini təkrarladı

“Mersedes”in pilotu, yeddiqat dünya çempionu Luis Hamilton Formula 1-in 2023 mövsümündəki ən pis nəticəsini təkrarlayıb.

Arena.az məlumat verir ki, o, Niderland qran-prisinin təsnifatında 14-cü mərhələni 13-cü yerdə tamamlayaraq, cari mövsümdəki ən pis nəticəsini təkrarlayıb.

“GPBlog” portalı Hamiltonun öz uğursuzluğu haqda verdiyi açıqlamasını sitat gətirir:

“Sonda mən ardıcıl iki sürətli dövrə keçdim və şinlər həddindən artıq qızdı, son dövrədə isə yaxşılaşdıra bilmədim. Ümidvaram, yürüşdə daha ağır maşınla bu trasda irəli keçmək asan olmasa da, qazanacağıq. Amma sabah yeni gündür və mən qadir olduğum hər şeyi göstərəcəyəm”, deyə Hamilton inamla danışıb.

Zandvortda keçirilmiş təsnifat mərhələsində qələbəni “Red Bull”in holland pilotu Maks Ferstappen qazanıb. Ferstappen “Maklaren”in britaniyalı pilotu Lando Norrisi yarım saniyə qabaqlayıb. Luis Hamiltonun komanda yoldaşı Corc Rassell isə 3-cü olub. Rassell ikinci seqmentdə sabiq dünya çempionundan 1,3 saniyə sürətli olub.

Xatırladaq ki, Niderland qran-prisi bu gün baş tutacaq.

Xəbəri sosial şəbəkələrdə paylaş: