26 yaşlı amerikan yüngül atlet Noa Laylz Macarıstanın paytaxtı Budepaştdə keçirilən dünya çempionatında üçüncü qızıl medalını qazanıb.
Arena.az xəbər verir ki, buna qədər 100 və 200 metr məsafələrə qaçışlarda qalib gəlmiş Laylz, ABŞ komandasının tərkibində 4×100 metr məsafəyə estafetdə qızıl medal qazanıb.
Bununla da o, yamaykalı sprinter Useyn Boltun rekordunu təkrarlayıb.
Xatırladaq ki, Useyn Boltun müvafiq uğuru 2015-ci ilə təsadüf edir.
Noa Laylz 100 metr məsafəyə qaçışda 9,83 saniyə, 200 metr məsafəyə qaçışda isə 19,52 saniyə nəticə göstərib.
4×100 metr məsafəyə qaçışda Fred Körli, Brendon Karnes, Kristian Koulman və Noa Laylzdan ibarət ABŞ komandası 37,38 saniyə nəticə göstərməklə, dünya çempionatının qızıl medalını qazanıb.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına bu gün yekun vuruluacaq.


