Yüngül atletika: Kiplanqat marafon yürüşünün qalibi oldu

Budapeştdə yüngül atletika üzrə dünya çempionatında kişilər arasında marafon yürüşü yarışı başa çatıb.

Arena.az xəbər verir ki, yarışda qələbəni uqandalı atlet Viktor Kiplanqat qazanıb.

Kiplanqat 2:08,53 vaxt göstəricisinə nail olub. İsrailli atlet Maru Teferi 2:09,12 nəticə ilə gümüş medalı, həbəş qaçışçı Leul Gebresilase 2:09,12 nəticə ilə bürünc medalı qazanıb.

2023 Dünya çempionatı. Marafon yürüşü. Kişilər:

  1. Viktor Kiplanqat (Uqanda) – 2:08,53;
  2. Maru Teferi (İsrail) – 2:09,12;
  3. Leul Gebresilase (Həbəşistan) – 2:09,12.

Xatırladaq ki, bundan əvvəl qadınlar arasında marafon yürüşü həbəş qaçışçı Amane Beriso Şankulenin qələbəsi ilə başa çatmışdı.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına bu gün yekun vuruluacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: