Yüngül atletika: Çeyz İli gürzatma üzrə titulunu qorudu

Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınlar arasında gürzatma yarışı başa çatıb.

Arena.az xəbər verir ki, qızıl medalı keçən il Yucində (Oreqon ştatı, ABŞ) keçirilmiş dünya çempionatında qazandığı titulunu qoruya bilmiş amerikan atlet Çeyz İli qazanıb.

Çeyz İli ən yaxşı cəhdində 20,43 metr göstəriciyə nail olub ki, bu da idmançının cari mövsümdəki ən yaxşı nəticəsidir.

Gümüş medalı 20,08 metr nəticə ilə kanadalı atlet Sara Mitton, bürünc medalı isə 19,69 metr göstərici ilə çinli atlet Litszyao Qun qazanıb.

2023 Dünya çempionatı. Gürzatma. Qadınlar:

  1. Çeyz İli (ABŞ) – 20,43 metr;
  2. Sara Mitton (Kanada) – 20,08 metr;
  3. Litszyao Qun (Çin) – 19,69 metr.

Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına bu gün yekun vuruluacaq.

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: