Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatında qadınlar arasında 4×100 metr məsafəyə estafet yarışı başa çatıb.
Arena.az xəbər verir ki, ABŞ komandası 41,03 saniyə nəticə ilə qızıl medalı qazanıb.
Bu nəticə indi dünya çempionatının yeni rekordudur.
ABŞ komandası Tamari Devis, Tvanişa Terri, Qabriel Tomas və Şa’Karri Riçardsondan ibarət olub.
Yamaykanın qadınlardan ibarət komandası 41,21 saniyə nəticə ilə gümüş, Böyük Britaniya komandası 41,97 saniyə nəticə ilə bürünc medalı qazanıb. Hər iki komanda üçün bu, mövsümün ən yaxşı nəticəsidir.
2023 Dünya çempionatı. 4×100 metr məsafəyə estafet yarışı. Qadınlar komandası:
- ABŞ – 41,03 saniyə;
- Yamayka – 41,21 saniyə;
- Böyük Britaniya – 41,97 saniyə.
Xatırladaq ki, kişilərdən ibarət ABŞ yığması da 4×100 metr məsafəyə estafet yarışında dünya çempionu olmuşdu.
Avqustun 19-da başlamış yüngül atletika üzrə dünya çempionatına bu gün yekun vuruluacaq.


