Formula 1: Maks Ferstappendən ardıcıl 9-cu qələbə və rekord!

Bu gün Formula 1 üzrə dünya çempionatında 2023-cü il mövsümünün növbəti mərhələsi – 13-cü qran-prisi baş tutub.

Arena.az xəbər verir ki, budəfəki qran-pri Niderlandda təşkil olunub.

Niderland qran-prisi də ötən mövsümün qalibi, “Red Bull”un pilotu Maks Ferstappenin qələbəsiylə yekunlaşıb. Niderlanddan olan 25 yaşlı pilot 72 dövrəlik yarışı 2:24:04.411 göstərici ilə ilk sırada bitirib.

Bu, onun cari mövsümdə 11-ci, karyerası ərzində isə 46-cı qələbədir. Ardıcıl 9-cu qələbəsini qazanan Ferstappen bu mövsüm Bəhreyn, Avstraliya, Mayami, Monako, İspaniya, Kanada, Avstriya, Böyük Britaniya, Macarıstan və Belçika qran-prilərinin də qalibi olmuşdu. Niderlandlı sürücü ardıcıl 9-cu qran-pridə finişə birinci çatmaqla Sebastyan Fettelə məxsus rekordu təkrarlayıb.

“Aston Martin”dən Fernando Alonso ikinci yeri tutub. “Alpine-Reno” komandasının sürücüsü Pyer Qasli isə üçüncü olub.

Bu mövsüm geridə qalan 13 turdan sonra “Red Bull”un üzvləri Maks Ferstappen 339 xalla birinci, Serxio Peres isə 201 xalla ikinci pillədə qərarlaşıb. İlk üçlüyü 168 xala malik Fernando Alonso (“Aston Martin”) qapayır.

Konstruktorların mübarizəsində də “Red Bull” 540 xalla zirvədə qərarlaşıb. Xal hesabını 255-ə çatdıran “Mersedes” ikinci pillədə qalıb. “Aston Martin” isə 215 xalla üçüncüdür.

Formula 1 üzrə dünya çempionatında 2023 mövsümünün növbəti qran-prisi İtaliyada keçiriləcək. Sözügedən yarış avqustun 27-də Montsada baş tutacaq.

Dünya çempionatı, 2023

Pilotların yarışında turnir cədvəli:

1. Maks Ferstappen (Red Bull) – 339

2. Serxio Peres (Red Bull) – 201

3. Fernando Alonso (Aston Martin) – 168

4. Luis Hamilton (Mersedes) – 156

5. Karlos Sayns (Ferrari) – 102

6. Şarl Lekler (Ferrari) – 99

7. Corc Rassell (Mersedes) – 99

8. Lando Norris (Maklaren) – 75

9. Lens Stroll (Aston Martin) – 47

10. Pyer Qasli (Alpine-Reno) – 37

11. Esteban Okon (Alpine-Reno) – 36

12. Oskar Piastri (Maklaren) – 36

13. Aleksander Albon (Uilyams) – 15

14. Niko Hulkenberq (Haas) – 9

15. Valtteri Bottas (Alfa Romeo) – 5

16. Jou Quanyu (Alfa Romeo) – 4

17. Yuki Tsunoda (Alfa Tauri) – 3

18. Kevin Maqnussen (Haas) – 2

19. Loqan Sarcent (Uilyams) – 0

20. Nik De Vris (Alfa Tauri) – 0

21. Daniel Rikkardo (Alfa Tauri) – 0

22. Liam Louson (Alfa Tauri) – 0

Konstruktorların xal sıralaması:

1. Red Bull – 540

2. Mersedes – 255

3. Aston Martin – 201

4. Ferrari – 201

5. Maklaren – 111

6. Alpine-Reno – 73

7. Uilyams – 15

8. Haas – 11

9. Alfa Romeo – 9

10. Alfa Tauri – 3

Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: