Avqustun 27-də Budapeştdə keçirilən yüngül atletika üzrə dünya çempionatının sonuncu günündə sonuncu yarışlar başa çatıb.
Arena.az xəbər verir ki, yeddi növ üzrə yarışlarda son medal dəstinin sahibləri müəyyənləşib.
2023 Yüngül atletika üzrə dünya çempionatı
Hündürlüyə tullanma. Qadınlar:
- Yaroslava Moquçix (Ukrayna) – 2,01 metr;
- Eleanor Patterson (Avstraliya) – 1,99 metr;
- Nikola Loren Olislagers (Avstraliya) – 1,99 metr.
Nizəatma. Kişilər:
- Niray Çopra (Hindistan) – 88,17 metr;
- Ərşad Nadim (Pakistan) – 87,82 metr;
- Yakub Vadleyx (Çexiya) – 86,67 metr.
5000 metr məsafəyə qaçış. Final. Kişilər:
- Yakob İnqebriqtsen (Norveç) – 13:11,30 saniyə;
- Məhəmməd Katir (İspaniya) – 13:11,44 saniyə;
- Ceykob Krop (Keniya) – 13:12,28 saniyə.
800 metr məsafəyə qaçış. Final. Qadınlar:
- Meri Moraa (Keniya) – 1:56,03 saniyə;
- Kili Hockinson (Böyük Britaniya) – 1:56,34 saniyə;
- Atinq Mu (ABŞ) – 1:56,61 saniyə.
3000 metr məsafəyə maneələrlə qaçış (stipl-çez). Final. Qadınlar:
- Uinfred Mutile Yavi (Bəhreyn) – 8:54,29 saniyə;
- Beatris Çepkoeç (Keniya) – 8:58,98 saniyə;
- Feys Çerotiç (Keniya) – 9:00,69 saniyə.
4×400 metr məsafəyə estafet yürüşü. Kişilər:
- ABŞ – 2:57,31 saniyə;
- İtaliya – 2:58,45 saniyə;
- Yamayka – 2:58,71 saniyə.
4×400 metr məsafəyə estafet yürüşü. Qadınlar:
- Niderland yığması – 3:20,72 saniyə;
- Yamayka yığması – 3:20,88 saniyə;
- Böyük Britaniya yığması – 3:21.04 saniyə.
Dünya çempionatının yekunlarına görə ABŞ yığması komanda hesabında liderdir.


