Yüngül atletika: ABŞ DÇ-nin medal hesabında birinci oldu

Avqustun 27-də Macarıstanın paytaxtı Budapeştdə keçirilən yüngül atletika üzrə 2023-cü il dünya çempionatı başa çatıb.

Arena.az xəbər verir ki, ABŞ komandası turnirin yekunlarına görə medal sıralamasında birinci olub.

Amerikanlar 12 qızıl, 8 gümüş və 9 bürünc – ümumilikdə 29 medal qazanıblar.

Ümumi hesabda ikinci yeri Kanada komandası tutub. ABŞ-ın şimal qonşusunun idmançıları 4 qızıl və 2 gümüş medal – ümumilikdə 6 medal qazanıblar.

İlk üçlüyü İspaniya yığması qapayır, 4 qızıl, 1 gümüş medal – ümumilikdə 5 medal.

2023 Yüngül atletika üzrə dünya çempionatı. Medal hesabı:

  1. ABŞ – 29 medal (12 qızıl, 8 gümüş, 9 bürünc);
  2. Kanada – 6 medal (4 qızıl, 2 gümüş);
  3. İspaniya – 5 medal (4 qızıl, 1 gümüş);
  4. Yamayka – 12 medal (3 qızıl, 5 gümüş, 4 bürünc);
  5. Keniya – 10 medal (3 qızıl, 3 gümüş, 4 bürünc).
Xəbəri paylaş:
Bizi sosial şəbəkələrdə izləyin: