Şahmat üzrə Azərbaycan millisinin üzvü Teymur Rəcəbov sentyabrın 5-9-da Hindistanda keçiriləcək “Tata Steel India” turnirində iştirak edəcək.
Arena.az xəbər verir ki, turnirdə Teymur Rəcəbov ilə yanaşı Bakıdakı Dünya Kubokunun finalçısı Rameşbabu Praqnanandha da iştirak edəcək.
Yarışda həmçinin Domaraju Qukeş, Arjun Erigaisi, Vidit Qujarati və Pentala Harikrişna (hamısı Hindistan), Nodirbek Abdusattorov (Özbəkistan), Aleksandr Qrişuk (FIDE), Vinsent Keymer (Almaniya), Maksim Vaşye-Laqrav (Fransa) və digərləri mübarizə aparacaqlar.
Reqlamentə əsasən şahmatçılar əvvəlcə rapid, son iki gündə isə blitsdə yarışacaqlar.


